Akmeologiya
Akmeologiya nədir? Akmeologiya anlayışı ilk dəfə 1928 ci ildə rus psixoloqu N.A. Rıbnikov tərəfindən yaş psixologiysının xüsusi şöbəsi olan, insanın şəxsiyyət və peşəkar kimi yetkinliyinin psixologiyası kimi adlandırmışdır. Yetkinliyin şəxsiyyət aspekti, davranışın əxlaqi-normativ kontekstində aşağıdakı kimi baxılmışdır: - Şəxsiyyətin fəaliyyət və davranış normaları və mənəvi dəyərləri, hümanistik dəyərlərə uyğun gəlir; - Bunlar davranışın və münasibətlərin əsas tənzimləyiciləri kimi çıxış edir; - Eyni zamanda bu keyfiyyətlər, insanları sosial-əhəmiyyətli pozitiv nəticələrin əldə olunmasına kökləyir və həvəsləndirir. Akmeologiya – XX - əsrin 80-ci illərinin sonunda və 90 – illərin əvvəllərində Rusiyada müstəqil elm sahəsi kimi formalaşmışdır. 1991 – ci ildə Beynəlxalq akmeologiya akademiyası rəsmi olaraq tanınmış və elm-texnika komitəsi tərəfindən hüquqi cəhətdən qeydə alınmış, 1994 - cü ildən başlay...