Akmeologiya
Akmeologiya anlayışı ilk dəfə 1928 ci ildə rus psixoloqu N.A. Rıbnikov tərəfindən yaş psixologiysının xüsusi şöbəsi olan, insanın şəxsiyyət və peşəkar kimi yetkinliyinin psixologiyası kimi adlandırmışdır. Yetkinliyin şəxsiyyət aspekti, davranışın əxlaqi-normativ kontekstində aşağıdakı kimi baxılmışdır:
- Şəxsiyyətin fəaliyyət və davranış normaları və mənəvi dəyərləri, hümanistik dəyərlərə uyğun gəlir;
- Bunlar davranışın və münasibətlərin əsas tənzimləyiciləri kimi çıxış edir;
- Eyni zamanda bu keyfiyyətlər, insanları sosial-əhəmiyyətli pozitiv nəticələrin əldə olunmasına kökləyir və həvəsləndirir.
Akmeologiya – XX - əsrin 80-ci illərinin sonunda və 90 – illərin əvvəllərində Rusiyada müstəqil elm sahəsi kimi formalaşmışdır. 1991 – ci ildə Beynəlxalq akmeologiya akademiyası rəsmi olaraq tanınmış və elm-texnika komitəsi tərəfindən hüquqi cəhətdən qeydə alınmış, 1994 - cü ildən başlayaraq “Akmeologiya” adlı nəzəri jurnal nəşr olunmağa başlamış, 1997 - ci ildən isə Akmeologiya məsələləri ( “ Вопросы акмеологии « ) adlı jurnal nəşr olunur.
Akmeologiya yaş psixologiyasının bir istiqaməti
kimi formalaşmış və inkişaf etmişdir.
Müasir akmeologiyanın mühüm metodoloji problemlərinə və vəzifələrinə aşağıdakılar aiddir:
- Akmeologiyanın predmetinin ona yaxın - ortaq elmlərin predmetlərindən fərqləndirilməsi
- Akmeologiyanın spesifik anlayışlarının və onların mahiyyətinin, məzmunun müəyyən olunması
- Akmeoloji tədqiqatlarda fərdi yanaşmanın tipologizasiyası, faktoriolizasiyası
- Akmeologiyanın ümumi və xüsusi sahələrinin daxili inteqrasiyalaşdırılması
- Müasir Akmeoloji vəzifələrin həlli kontekstiktində fundamental – aktual akmeoloji problemlərin müəyyən olunması
Xarici ölkələrdə də akmeologiyaya maraq, şəxsiyyət problemi və onun peşəkarlığının inkişafı ilə bağlı problemlərlə əlaqədar olan sahələrə marağın daha çox olması müşahidə olunur. Bu elmin yaranması bir sıra görkəmli rus alimlərinin - Rusiya akademiyasının müxbir üzvü, professor Kuzmina Nina V., Rusiya Akademiyasının həqiqi üzvü professor, Akademik Bodalyov A.A. və digər alimlərin adı və xidmətləri ilə bağlıdır. Bunların sayəsində Akmeologiya qısa müddət ərzində insan elmləri içərisində özünə məxsus layiqli yer tutur.
Akmeologiya insanşünaslıq elmi kimi
İnsanın və şəxsiyyətin formalaşması, inkişafı insanşünaslıq elmlərinin, xüsusilə də psixologiya, fəlsəfə, pedaqogika, sosialogiya və s. elmlər çərçivəsində öyrənilmiş və bu elmlərin aparıcı elmi istiqamətləri kimi mühüm nailiyyətlər əldə olunmuşdur. Ancaq akmeologiya elmi bu problemlərin nəzəri və praktiki həlli üsulları, yanaşması və əldə olunan praktiki nəticələri özünə məxsus şəkildə və səmərəlillik baxımından müxtəlif üsullarla öyrənir və izah edir.
Artıq bu reallıq, elmi ictimaiyyət tərəfindən qəbul olunmuş və bu yeni elm sahəsinin daha səmərəli fəaliyət göstəməsi və inkişafı barədə müxtəlif səmərəli tövsiyyələr və fikirlər səsləndirilmişdir.
Müasir dövrdə insanın mürəkkəb və çoxcəhətli mahiyyəti, müxtəlif elm sahələrinin, ictimai praktikanın, idarəetmənin, bütövlükdə cəmiyyətin hümanistləşməsini ön plana çıxarır. İnsan ictimai inkişafın, tərəqqinin əsas meyarı və əsas aparıcı qüvvəsi kimi çıxış edir. Müasir dövrdə kadrların, o cümlədən, rəhbər kadrların hümanitar hazırlığı onların təhsilində, hazırlanmasında və təkmilləşdirilməsində qarşıda duran mühüm vəzifələrdəndir.
Müasir elmlərdə formalaşmış hümanist ənənələrə görə, insanın öz yaradıcı potensialını dolğun ifadə edə bilməsi, onun həyatının və fəaliyyətinin mənasını və mahiyyətini təşkil edir. Görkəmli rus psixoloqu S.L.Rubinşteyn qeyd edir ki, “İdeal insan - bütün potensialını reallaşdıran insandır”.
S.L.Rubinşteyn digər kitabında insanın şəxsiyyət kimi mahiyyətini başa düşmək üçün, üç əsas suala cavab verməyin vacibliyini qeyd edir
1. İnsan nə istəyir? - (onun üçün nə cəlb edicidir, o nəyə səy göstərir.
2. O nəyi bacarır? - (bu insanın qabiliyyətləri, istedadı məsələsidir).
3. O kimdir? - (onun hansı meylləri və yönəlişi şəxsiyyətin əsas keyfıyytinə çevrilmişdir, yəni bu insanın xarakteri məsələsidir).
Müasir rəhbərlərə, menecerlərə qoyulan mühüm tələblərdən biri, onların hümanizmi və idarəetmə fəaliyyətini hümanizm prinsipləri əsasında həyata keçirmələridir. Bu problemin aktuallığı, idarəetmənin akmeoloji, insanşünaslıq əsaslarını öyrənən yeni elmi istiqamətin formalaşmasına səbəb olmuşdur.
Akmeologiya elm sahəsi kimi, təbiət və hümanitar elmlərin kəsişməsində yaranaraq, insanın şəxsi və peşə inkişafında yüksək səviyyəyə, pilləyə çatmasının qanunauyğunluqlarını və bu inkişafın səviyyələrini öyrənir. İdarəetmə praktikasında müxtəlif idarəetmə vəzifələrinin həyata keçirilməsində, ilk növbədə, kadrlarla işdə, işçilərə psixoloji-idarəetmə təsiri ilə yanaşı, akmeoloji təsir də həyata keçirilməlidir. Əgər psixoloji təsir, şəxsiyyətin psixoloji aləminə, onun motivasiyasına və tələbatkar sisteminə, sosial-yönəlişinə, onun əhval-ruhiyyəsini yüksəltməyə yönəlirsə, akmeoloji təsir isə, insanın inteqrativ mahiyyətinə, onun bütün struktur səviyyələrinə təsir edərək", onun şəxsi və peşə inkişafına nail olmaq, insanın bütün struktur səviyyələrinin və elementlərinin ahəngdar inkişafına nail olmağı nəzərdə tutur. İnsana belə yanaşma müasir şəraitdə xüsusilə vacibdir, belə ki, sosial gerçəkliyin, cəmiyyətin, insanların yaşadığı sosial münasibətlərin, təbii, ekoloji mühitdə müşahidə olunan arzu olunmayan meyllərin insanların bütün mahiyyətinə, psixi-fıziki sağlamlığına, biososial varlığına, onun mənəvi-psixoloji aləminə göstərdiyi mənfi təsirlərin artdığı bir şərairdə, xüsusilə aktualdır.
İnsan potensialından daha dolğun istifadə olunması, insanın fəaliyyəti və hərtərəfli inkişafı üçün əlverişli obyektiv və subyektiv zəminin yaradılması, sağlam mənəvi-psixoloji mühitin olması, personalın yaradıcı-mənəvi potensialının formalaşdırılması, onların tələbatlarının daha dolğun təmin olunması, insanlarda razılıq hissinin gücləndirilməsi və s. müasir idarəetmənin humanistləşdirilməsinin mühüm şərtlərindəndir. Qeyd etmək lazımdır ki, insan haqqında müxtəlif nəzəri baxışlardan, mövqedən asılı olaraq, idarəetmədə insan problemi, kadrlarla işin praktiki problemlərinin həlli üsulları seçilir.
Başlanğıcda, akmeologiya, yaş psixologiyasının bir bölümü olaraq anlaşıldı və təkmilləşdirildi. Bununla birlikdə elmi statusu, obyekti, yetkin bir insanın müxtəlif xüsusiyyətlərinin öyrənilməsi olan akmeologiya yetkin bir insanın həyatının incəliklərini, ruhunun özəlliklərini, böyüdülməsinin və təhsilinin şərtlərini, üsullarını və peşəkar fəaliyyətlərinin inkişaf etmiş texnologiyalarını, profesionallıq səviyyələrini araşdırır. Amma indi profesional bacarıqların inkişafına və profesionallıqda akmanın əldə olunmasına kömək edən müxtəlif amilləri kəşf etmək, araşdırmaq və daha çox istifadə etmək perspektivindədir. Bu səbəblə, akmeologiya artıq yaş psixologiyasının bir bölümü olaraq düşünülə bilməz, günümüzdə akmeologiya sosiologiya, pedaqogika sahələrində və bundan başqa müəyyən idarəetmə fəaliyyətlərinin teorem və texnologiyaların araşdırılmasında iştirak edir.
Akmeologiya tədqiqatının məqsədi olan peşə fəaliyyətinin, eyni zamanda, öz xüsusi hədəfləri istiqamətində, öz məqsədlərini izləyən digər elmlər tərəfindən də tədqiq olunduğu unutulmamalıdır.
Ümumi psixologiya – fəaliyyətin motivasiya mexanizimlərini, hissi davranışın özəlliklərini və bir insanın müxtəlif zehni fəaliyyətlərini araşdırır: düşünmə, fikir, yaddaş, v.s.
İş Psixologiyası, müəyyən peşə fəaliyyəti növlərinə qatılan insanlarda müşahidə olunan zehni proseslərin özəlliklərini müəyyənləşdirir və bu prosesləri optimallaşdırmaq üçün təkliflər hazırlayır və ayrıca müxtəlif zehni qabiliyyətlərin inkişaf dərəcəsi ilə əlaqədar gələcəkdəki profesionalların təhsil sistemi üçün lazım olan qaydaları müəyyən edir.
Əmək sosiologiyası, sosial əlaqələr, prosesdəki qəliblər və inkişaf, peşəkar axını və axın proseslərini diaqnoz etmə və təsir etmə üsullarını incəliyir.
Akmeologiya bu elm sahələri içərisində xüsusi bir yer tutur. Peşə bacarıqlarının inkişafına təsir edən amillər və günümüzdə tətbiq olunan və gələcəkdə tətbiq olunacaq mexanizimləri əsas tədqiqat obyekti olaraq irəli çəkən akemologiya, öz araşdırmalarını icra etməkdə və “profesionallıq” anlayışına əsaslanaraq yuxarıda göstərilən elmi sahələrdən məlumatları sintezləməkdədir. Akmeoloqlar, müəyyən peşəkar fəaliyyət növlərinin müxtəlif texnologiyalarını analiz edir, ən məhsuldarlarını müəyyən edir, metodoloji təməlləri və ən məhsuldar texnologiyaların, psixologiyadan və pedaqogikadan əldə olunan məlumatları istifadə edərək, müxtəlif peşəkar fəaliyyət sahələrinə tətbiq etmək üçün müxtəlif yollar inkişaf etdirirlər.
İnsan amilinin potensial imkanlarından müxtəlif fəaliyyət sahələrində səmərəli istifadə etmək üçün insanın mürəkkəb, çox cəhətli və çox səviyyəli mahiyyəti haqqında elmi biliklərə əsaslanmaq lazımdır. İnsanın mürəkkəb mahiyyəti və strukturu onu müxtəlif elmlərin tədqiqat obyekti etmişdir: fəlsəfə, sosiologiya, psixologiya, antropologiya, fiziologiya, genetika, biologiya və s. Müasir dövrdə problemin vacibliyi, insan problemini öyrənən elmləri özünə cəmləyən “insanşünaslıq” elmi istiqamətinin və elmi-tədqiqat mərkəzlərinin, institutlarının yaradılması ideyalarını aktuallaşdırmışdır.
Akmeologiyanın digər elmlərlə, özəlliklə də psixologiya və pedaqogika ilə əlaqəsi qarışıq və müxtəlifdir. Psixoloji elmlər, peşə nə olursa olsun, peşə psixologiyasında obyektiv gerçəkliyin əks olunma modellərini, fəaliyyətin profesionallığını, fəaliyyətin məhsuldarlıq səviyyəsini araşdırır. Akmeologiya, psixoloji araşdırmaların nəticələrini nəzərə alır, ancaq əldə olunan məlumatlar profesionallıqla əlaqəli olaraq istifadə edilir.
İdarəetmə sistemində insan amilinin rolu və mahiyyəti idarəetmə psixologiyasının mərkəzi problemlərindən olan kadrlarla iş, kadrların seçilməsi və qiymətləndirilməsi, motivləşdirmə, liderlik və rəhbərlik hadisələri, şəxsiyyətlərarası münasibətlər, rəhbər işçinin şəxsiyyəti və s. mövzularda ifadə olunur. İnsan amilinin çoxcəhətli və mürəkkəb tədqiqat obyekti olması, müxtəlif insan konsepsiyalarının, metodoloji yanaşmaların yranmasına səbəb olmuşdur. Bütün bunlar, universal insan konsepsiyasının və insanın kompleksli araşdırılması ilə məşğul olan insanşünaslıq elmi-tədqiqat mərkəzlərinin və institutlarının yaradılması proseslərini şərtləndirmişdir. İnsanın idarəetmə sisteminin əsas elementi kimi idarəetmənin həm obyekti və subyekti kimi, insanşünaslıq elmlərinin birgə səyi ilə mükəmməl konseptual modelinin qurulması idarəetmənin praktiki problemlərinin həllində metodoloji əsas kimi çıxış edir.
Pedaqogika normativ bir elmdir, qanunları və qaydaları yaradır, təhsil prosesini təşkil etmənin vasitələrini, formalarını və üsullarını müəyyən edir, məs. suala cavab vermədən nə etmək lazım olduğunu bildirir: necə edilir? Akmeologiya bu sualın cavabını axtarır.
Akmeologiyanın mövzusu, profesionallığın zirvələrinə, mütəxəssislərin yaradıcı uzun ömürlülüyünə və gələcəkdəki mütəxəssislərin təhsil profesionallığının təşkilatlanmasındakı nizam-intizama, fəaliyyətlərini yaxşılaşdırmağa, düzəltməyə kömək edən və yaranan problemlərin qarşısını alan obyektiv və subyektiv amillərdir.
Əvvəllər şəxsiyyətin tərbiyyə və təhsil sistemi vasitəsilə inkişafı daha çox nəzəri-metodoloji xarakter daşımış, və şəxsiyyətin təhsili və tərbiyəsində onun peşəkarlığının inkişafı problemi tədqiqat predmeti kimi məqsədyönlü şəkildə araşdırılmamışdır. Bu gün bir çox dövlətin təhsil sisteminin fəaliyyəti haqqında söylənilmiş mühüm iradlardan biri, gənclərin nəzəri-elmi hazırlığı yüksək olduğu halda, onların öz gələcək peşə fəaliyyətlərini uğurla həyata keçirmələri üçün lazım olan praktiki vərdiş və bacarıqlarının lazımi səviyyədə olmamasıdır.
Təhsil alan şəxslərin profesionallıqlarını təkmilləşdirmələri üçün lazım olan onların nəzəri məlumatları təcrübi yolla öyrənməsinə şərait yaratmaq eyni zamanda onların təhsil proseində müstəqilliyinin artırılması ilə onlara müstəqil qərar vermə bacarığının aşılanmasıdır. Təhsil yalnız məktəblərdə, univerisitetlərdə alınan bir şey kimi görülməməlidir, həyatımızın hər bir mərhələsində müəyyən bilikər əldə edirik yəni əslində təhsil bizim həyatımızdır. Tərbiyyə və təhsil hər bir insanın profesional həyatınının ayrılmaz bir parçasıdır.
Bir profesionallıq teoremi olaraq, akmeologiya yetkinliyin psixoloji elmi olaraq düşünülə bilməz, ancaq profesionallığı araşdırmaq, profesionallığın prizmasıyla baxılan, insan həyatının müxtəlif mərhələlərində varolan, ayırd edilən və analiz edilən amillərin onun peşəkar fəaliyyətinə hansı formada təsir etdiyini öyrənmək üçün digər psixoloji elmlərə istinad edir. Peşə bacarıqlarının yaranması, təkmilləşdirilməsi və əldə edilən məlumatların gələcək nəsillərə ötürülməsi akmeologiyanın əsas məqsədlərindən biridir. Akmeologiyanı başqa bir psixologiya elminə daha yaxın hala gətirən bu vəziyyət, bütün həyatın vahid bir şəkildə ələ alınmasını təmin edən “həyat yolu” psixologiyasının əhatə dairəsinə aiddir.
Akmeologiya, insan təbiətinin maksimum potensialını incələmək üçün elmi bir yoldur (müsbət, mənfi tərəfini yox). Akmeologiya sadəcə insan potensialının təzahürü üçün başqa hər hansı bir elm kimi görünməklə qalmaz, eyni zamanda insanların iş həyatlarında profisionallığını artırmasının həyat şərtlərində necə bir dəyişiklik yaradacağı haqqında təcili (siyasət, təhsil, mədəniyyət) sualları gündəmə gətirir. Akmeologiya insanların bacarıqlarından istifadə edərək bu bacarıqları onların profesionalığını artırmağa çalışır. Akmeologiyada sosyo-ekoloji və praktiki tərəfləri, son dərəcə bir şəkildə olmalıdır, çünkü ümumi nəzəri araşdırmanın təməl akmeologiya çərçivəsində nə qədər doğru olduğunu ortaya çıxarmaq üçün əldə olunan məlumatların təcrübi yolla yoxlanılmalıdır.
Profesional bacarıqları incələmək, analiz etmək və profesionallığın inkişafı üçün ən uyğun texnologiyaları təkmilləşdirmək üçün, akmeologiya mütəxəssislər tərəfindən müxtəlif peşə fəaliyyətlərinin tədqiq olunması və əldə olunan lazımi məlumatların tətbiq olunması prosesi üzərində ətraflı araşdırmalar aparmaqda, başda fəlsəfə, sosiologiya, psixologiya, fiziologiya, genetika və pedaqogika olmaq üzrə digər dünyəvi elmlərin müvəffəqiyyətlərini analiz və sintez etməkdədir. Akmeologiya, insan həyatındakı acme-formlarının fenomenologiyasını, profesional olaraq inkişafında, psixoloji olaraq yaradıcı və sosial olaraq müvəffəqiyyətli profesional fəaliyyətlərdə identifikasiyası, analiz edilməsi mövzusundakı mərkəziliyi səbəbiylə ontoloji dəqiqlik qazanır.
Psixoloji və akmeoloji araşdırmalar nəticəsində əldə edilən profesionallıq və yaradıcılığın zirvəsinə çatmağın qaydalarına və yollarına dair elmi məlumat, sosio-mədəni təbiətində birləşdirici olan və bir insanın sosiomədəni varlığının metodoloji dəyəri üçün sistematik olaraq vacib olan ontoloji bir özəllikdir.
Bir çox dünya ölkəsindəki bu akut sosio-psixoloji vəziyyət, akmeologiyanın və tətbiq olunan sahələrin şəxsiyyətin dəyəri, öz-özünü təkmilləşdirmə və peşə fəaliyyətlərini və sosial rolunu yüksək səviyyədə aparma, tam bir həyat sürməsi mövzusunda bir elm olaraq bir növ sosial intizam halına gəlmişdir. İnkişaf etməkdə olan bir şəxsiyyətin fəaliyyətinə istiqamətlənmiş diqqətəlayiq yanaşma, elmi həqiqətin akmeologiyadakı hakimiyyətinə gətirib çıxarmışdır. K.A. Abulhanova'nın ifadəsiylə desək akmeologiya “Həqiqətlərdən qaynaqlanır”. Eyni zamanda akmeologiya daha gözəl bir gələcəyə olan inancımızda da özünəməxsus bir yerə sahibdir. Bu səbəblə, akmeologiyanın bu özəllikləri, doğruluq və perspektiv olaraq, büyük miqyasda elmi istiqamətdə və insan informasiya sistemindəki mövqeyini müəyyən etmişdir.
Akmeologiyanın elmi yanaşması, bir insanın dəyəri, onun ruhani dünyası, yaradıcı özünü təkmilləşdirmə və özünü təkmilləşdirmə bacarığı haqqındakı fikirlərə əsaslanmaqdadır (A. A. Bodalev, A. A. Derkach, N. V. Kuzmina). Akmeologiyanın ideoloji qurucularından biri olaraq, görkəmli Rus elm adamı V.M. Bekhterev, “... bir insanın irəliləməsi, sivilliyi və mədəniyyəti əsas olaraq şəxsiyyətin inkişaf dərəcəsinə bağlıdır ...” deyib.
Aksiyoloji plan, fərdin təməl dəyərlərini ifadə edir. Akmeoloji cəhətdən baxıldığında, müasir post-sənaye və informasiya cəmiyyətindəki insan həyatının məqsədlərindən biri fərdi və peşə fəaliyyətindəki inkişafında zirvəyə çatmağa, bu inkişafın insancıllaştırılmasına fokuslanmasıdır.
Akmeologiyanın yarandığı dövrdən heç də hamı ona eyni formada yanaşmamışdır məsələn B. G. Ananiev'in “Məlumat mövzusu olaraq insan” adlı kitabında, insan elmləri sistemindəki akmeologiyanın yerini “pedaqogika - akmeologiya - gerontologiya” ardıcıllığına yərləşdirdiyi ifadə edilmişdir. Həmin dövürdə akmeologiyaya yanaşma məhz bu şəkildə idi. Zaman keçdikcə, müxtəlif elmi araşdırma və təkmilləşdirmələr sayəsində akmeologiya əhatə dairəsini genişləndirdi və müxtəlif elmlər arasında əlaqələrini genişləndirməsinə yol açan mürəkkəb problemləri həll etmə bacarıqlarını göstərdi. Zaman içərisində akmeologiyanın inkişafı insanşünaslıq elmləri sistemindəki yerini də möhkəmləndirdi.
Akmeologiya ilə sosial fəaliyyət arasındakı əlaqənin əksinə, insan elmləriylə qarşılıqlı təsirini xarakterizə edən ana kateqoriya yaradıcılıqdır. Akmeologiyanın qohumluq, inkişaf, yetkinlik, bacarıq, yaradıcılıq, mükəmməliyət, müşahidə, şüur, şəxsiyyət, fərdilik və digərləri kimi təməl insani psixoloji anlayışları öyrənməsi akmeologiyanın insanlarla əlaqəli elmləriylə qarşılıqlı asılılığını gücləndirmişdir.
Akmeologiyanın modern insanşünaslıq elmləriylə əlaqələri nələrdir? Buna ən yaxın olan, təbii olaraq, modern elmlər sistemində insanı (B.M. Kedrov, J.Piaget) araşdıran bir elm olaraq psixologiyadır. Təbii ki, (ümumi psixologiyada və tətbiq olunduğu sahələrdə) yığılan fərqli məlumatlar, bir şəxsin zəka qabiliyyətləri haqqında bəzi qismi məlumatlar formasında müəyyən akmeoloji araşdırma və təkmilləşdirmələrdə davamlı olaraq istifadə edilməkdədir. Bununla birlikdə, xüsusilə maraqlı olan, insan profesional bacarıqlarının inkişafında akmeoloji probləmlərin inkişafı üçün psixoloji təməl formalaşdıran psixologiyanın sahələridir.
Fərdin profesional olaraq özünü ifadə etməsi üçün təbii bir sahə və fərdin şəxsi yaradıcılığını həyata keçirməsi, cəmiyyətin dünyası - insanların dünyası və onların sosial uygulamalarıdır. Bu sahədə, profesional fəaliyyətin zirvəyə, yaradıcı formalarına qədər formalaşdığı və inkilşaf etdiyi görülməkdədir. İdarəetmədə, təhsildə, elmdə, texnologiyada və sosial praktikadakı digər sahələrdə yaradıcılığın formalaşması, həm profesional fəaliyyətlərin obyektiv ziddiyətlərini həm də işin gedişatında ortaya çıxan subyektiv ziddiyətləri aşmaqla büyük miqyasda əlaqəlidir. Bu səbəblə, idarəetmə profesionallığının inkişafı üçün akemoloji texnologiyalarının təkmilləşdirilməsinin ön şərtlərindən biri, akmeoloji və mübahisələrin idarəetməsi əlaqəsinin ələ alınmasıdır.
Akmeologiya, bir insanın həyatının diakronik tərəfini araşdırır və həyatınının müxtəlif yaşlarında profesional fəaliyyətinin (yaradıcı uğurlar, sosial tanıma, fərdi müvəffəqiyyət, vb.) məhsuldarlığına fokuslanır. Onun vəzifəsi, özünü təkmilləşdir və həyatının ən üst səviyyədəki profesional bacarıqlarına inkişafı üçün vasitələr geliştirmektir. Akmeologiya üçün önəmli mövzulardan biri, idarəetmə, elm və kəşf, liderlik, təhsil vb. Sahələrdə müxtəlif peşə fəaliyyətlərdə insan yaradıcı potensialının formalaşması və inkişafı problemidir.
Tam olaraq yetkinliyin bu tərəfləri haqqındakı psixoloji məlumatın, cəmiyyətin sosial olaraq ən aktiv ünsürü olan işləyən bir insanın, pedoqogika tərəfindən araşdırılan uşaqlıq müddətinə aid ontogenezdən daha az (və bəlkə də hər şeyden əvvəl) cəmiyyətə daha az sahib olması gərəkdiyi görünəcəkdir. Ancaq, insan elmlərinin inkişafı əsasən XX əsrin başlarından başlandı. Ümumi (məktəbəqədər və məktəb) təhsilinin ictimai praktikasına xidmət etmək üçün ictimai nizamı təmin edən bu psixologiya sahələri yaradıldı. Bu, inkişaf problemlərinin psixoloji fəaliyyətdə uşaq və pedaqogika psixologiyanın problemlərin ilk əvvəl və daha sonra yetkin və profesional suallarda üstün olmasına yol açmıştır.
Yuxarıda göstərdiyimiz məlumatlar digər insan elmləri ilə akmeologiyanın oxşar və müxtəlif əlaqələrini göstərdi. Təbii olaraq, digər elmlərdən əldə edilən məlumatlar, özəl vəzifələrinə və konseptual və metodik həll etmə vasitələrinə bağlı olaraq, fərqli yollarla müxtəlif akmeoloji araşdırma və təkmilləşdirmələrdə nəzərə alınır. Bu araşdırmalar, büyük miqyasda, spesifik bir akemoloji inkişafın təməli olaraq istifadə edilən araşdırma yanaşmasının metodoloji istiqamətindən qaynaqlanmaqdadır. Akmeologiya və digər insanşünaslıq elmlərinin tətqiqat mövzusunun insan olması onlar arasındakı informasiya mübadiləsinin bu elmlərin inkişafı üçün nə qədər vacib olmasının bir göstəricisidir.

Yorumlar
Yorum Gönder